“Araz-Naxçıvan” PFK-nın U-19 komandasının seleksiya məşqləri keçiriləcək. Yanvarın 13-dən 16-dək “ASK Arena”nın ehtiyat (4-cü) meydanında təşkil olunacaq məşq prosesində 2006-2008-ci il təvəllüdlü futbolçular özlərini sınaya bilərlər.  Seleksiya məşqlərinin saatları barədə əlavə məlumat veriləcək. Məşq prosesində iştirak etmək istəyənlər bugündən etibarən saat 10:00-dan 18:00-dək Bəhlul Bəhlulzadə (0708630513) ilə əlaqə saxlaya bilərlər.